Ukrayna Rusiyanın enerji obyektlərinə zərbə endirdi

Rusiyada bu gün bir neçə enerji obyektində güclü yanğın qeydə alınıb. Sızran Neft Emalı Zavodu, Ust-Luqadakı “Novatek” terminalı və digər müəssisələr Ukraynanın hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Mütəxəssislərin sözlərinə görə, Ukrayna məqsədli şəkildə Rusiyanın neft sənayesini hədəfə alır. Bu, Moskvanın həm valyuta gəlirlərinə, həm də ixrac imkanlarına ciddi zərbə vurur.
Xatırladaq ki, müharibənin əvvəlində Rusiya Ukraynanın elektrik stansiyalarını və neft obyektlərini vurmuşdu. Həmin vaxt Ukraynada fəaliyyət göstərən SOCAR-ın obyektləri də zərər görüb.
Hazırda isə vəziyyət dəyişib: Rusiyanın Sızran, Ryazan və Nijnekamsk şəhərlərindəki zavodlar, eləcə də Ust-Luqadakı ixrac terminalı hədəfə alınıb.
Bildirək ki, bu hücumlar Moskvanın büdcəsinə və beynəlxalq bazarlardakı mövqeyinə ciddi təsir edir.
Fatimə Məmmədova
16:06 24.08.2025
Oxunuş sayı: 779