“Şimal axını” qaz kəmərləri partladılıb - ukraynalı həbs edildi

Almaniyanın Tagesschau nəşri məlumat verir ki, 26 sentyabr 2022-ci ildə “Şimal axını-2” qaz kəmərlərinin partladılmasında Ukraynalı Sergey Kuznetsovun əli olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya prokurorluğu onun barəsində həbs qərarı çıxarıb.
İtaliyada həbs edilən Kuznetsovun partlayışları həyata keçirən diversiya qrupuna rəhbərlik etdiyi bildirilir. ARD telekanalının məlumatına görə, ona “konstitusiyaya qarşı sabotaj”, “partlayıcı qurğu hazırlama” və “qaz kəməri strukturunu dağıtmaq” ittihamları verilib. Qeyd edək ki, bu ittihamlar üzrə o, ümumilikdə 15 il həbs cəzası ilə üzləşə bilər.
Belə ki, təhlükəli qurğuların hər biri 14–27 kiloqram arasında olub və 70–80 metr dərinlikdə yerləşdirilib. Partlayıcı maddələr heksogen və oktogen qarışığından ibarət olub və gecikdirilmiş detonatorlarla təchiz olunub.
İstintaqın məlumatına görə, Kuznetsov 22 sentyabrda Vik şəhərində yaxtadan düşərək Ukraynaya qayıdıb. Digər qrup üzvləri isə gəmidən Rostok yaxınlığında eniblər.
Fatimə Məmmədova
07:30 24.08.2025
Oxunuş sayı: 1567