Generaldan ŞOK: Ukraynada ABŞ briqadası yerləşdirilməlidir

ABŞ-nin istefada olan generalı, Müharibə Araşdırmaları İnstitutunun (ISW) İdarə Heyətinin sədri Cek Kin ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına danışıb.
Qeyd edək ki, açıqlama Ukraynada, Muçaxevoda yerləşən ABŞ-yə məxsus “Flex” kofe maşınları istehsal zavodunun bombalanması fonunda verilib.
Cek Kinin sözlərinə görə, hazırda ABŞ-nin milli təhlükəsizlik üzrə məsləhətçiləri bütün tərəflərlə müzakirələr aparır və prezidentə müxtəlif variantlar təqdim ediləcək:
“Biz Avropada yerləşən qüvvələrimizi Ukraynaya gətirərək, onlara yardım edə bilərik. Avropalıların qoşunların idarə olunması üçün imkanları yoxdur”, – deyə Kin bildirib.
Onun sözlərinə görə, əsas quru qoşunları Avropadan olmalı, ABŞ isə kəşfiyyat və logistika dəstəyi göstərməlidir: “Avropanın bu miqyasda imkanları çatmır”.
General həmçinin Ukraynada bir briqada səviyyəsində ABŞ qoşunlarının yerləşdirilməsinin zəruriliyini vurğulayıb: “Biz ukraynalılara ümumqoşun manevrlərini öyrətməliyik. Onlar bunu bacarmır, Avropalılar isə bu sahədə kifayət qədər yaxşı deyillər”.
O, əlavə edib ki, hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyac var: “Bunun bir hissəsi Ukraynada, bir hissəsi isə sərhəd ölkələrində yerləşdirilə bilər. Həmçinin, bizdə kifayət qədər aviasiya var ki, Ukraynada olmasa belə, sərhəddən qoşunları dəstəkləsin”.
Xumar Emilqızı
00:04 24.08.2025
Oxunuş sayı: 1603