Ukraynada daha bir azərbaycanlı həlak olub

Avqustun 19-da Sumı vilayətində gedən döyüşlərdə Qostomel qəsəbə sakini Orucov Əfqan Hümbət oğlu həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məlumata görə, o, ərazi müdafiə batalyonunun pilotsuz uçuş aparatları idarəetmə bölməsində xidmət edirdi.
Nigar Rəhimova
21:46 23.08.2025
Oxunuş sayı: 1129