Ankara Ukraynaya hərbçi göndərilməsini istisna etmir

Türkiyə, təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Ukraynaya hərbçi göndərməyə potensial olaraq hazır olan on ölkədən biridir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nariman Cəlal telemarafonda səsləndirdiyi bəyanatında deyib.
“Dünən mən Türkiyənin müdafiə naziri Yaşar Gülerlə görüşdüm, çox yaxşı söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır”, – deyə diplomat bildirib.
Qeyd olunub ki, dənizdə minatəmizləmə işlərindən əlavə, Türkiyə tərəfi humanitar xarakterli quru minatəmizləmə əməliyyatlarında iştirak imkanlarını da nəzərdən keçirir.
Pərvin Hacıyeva
23:34 23.08.2025
Oxunuş sayı: 1433