Niderland hökumətində Qəzza böhranı - xarici işlər naziri istefa verdi

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp istefa verdiyini açıqlayıb. O, bu qərarı hökumətin İsrailə qarşı sanksiyalar məsələsində ortaq mövqeyə gələ bilməməsi ilə əlaqələndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Veldkamp bildirib: “Mən görürəm ki, İsrailə təzyiqi artırmaq üçün əlavə addımlar ata bilmirəm”.
Nazirin sözlərinə görə, hökumətdə aparılan müzakirələr nəticəsiz qalıb.
Bu vəziyyətin onun planlarının həyata keçirilməsini mümkünsüz etdiyini qeyd edən Veldkamp, istefa qərarı verdiyini açıqlayıb.
Fatimə Məmmədova
20:04 23.08.2025
Oxunuş sayı: 692