Əminə Ərdoğan Melaniya Trampa məktub yazdı: 18 min Qəzza uşaqlarına da diqqət göstərin

Türkiyənin birinci xanımı ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa məktub göndərərək, onun Ukrayna uşaqlarına göstərdiyi diqqət və qayğını Qəzza uşaqlarına da göstərməyə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əminə Ərdoğan Trampın yaxın zamanlarda Rusiya prezidenti Putinə ünvanladığı məktubu yada salıb və bütün uşaqların çəkdiyi əzablara bərabər münasibətin vacibliyini vurğulayıb.
Məktubda “İnanıram ki, siz 648 ukraynalı uşağın müharibədə həlak olması ilə bağlı göstərdiyiniz həssaslığı, iki il ərzində 62 min günahsız dinc sakinin, o cümlədən 18 min uşağın amansızcasına qətlə yetirildiyi Qəzza uşaqlarına da göstərəcəksiniz”, – deyə Ə.Ərdoğan qeyd edib.
O, BMT Uşaq Fondunun məlumatlarına əsaslanaraq bildirib ki, Qəzzada hər 45 dəqiqədən bir uşaq həyatını itirir və Melaniya Trampı İsrailin baş naziri Netanyahunun ünvanına oxşar məktub göndərməyə, “Qəzzadakı humanitar böhranın dayandırılmasına dair güclü çağırışı əks etdirməyə” dəvət edib.
17:35 23.08.2025
Oxunuş sayı: 871