İranın gizli silah zavodları yaxın zamanda üzə çıxacaq

İran müdafiə naziri Aziz Nasirzadeh bildirib ki, ölkə bir neçə xarici ölkədə silah zavodları inşa edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Nasirzadehin sözlərinə görə, İsraillə müharibədən sonra raketlərin hazırlanması prioritet olub, lakin bundan sonra istiqamətlərdə dəyişiklik mümkündür.
Nazir həmin ölkələrin adlarını açıqlamayıb. O, əlavə edib ki, yaxın vaxtlarda zavodların rəsmi açılışı keçiriləcək və həmin vaxt ölkələrin adları açıqlanacaq.
Zəhra Ağayeva
14:48 23.08.2025
Oxunuş sayı: 782