KİV: Zelenski yalnız Putinin iştirakı ilə ərazi məsələlərini müzakirə etməyə hazırdır

Ukrayna Prezidenti Vladimir Zelenski ərazi məsələlərini yalnız mövcud döyüş xətti əsasında və yalnız Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə müzakirə etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa məlumat verib.
“Zelenski açıq şəkildə bildirib ki, o, Putinin özü ilə əyləşib bu mövzunu müzakirə etməyə hazırdır”, — deyə diplomat qeyd edib.
Kislitsanın sözlərinə görə, ərazi məsələləri üzrə danışıqlara başlanğıc nöqtəsi hazırkı təmas xətti olacaq.
Qeyd edək ki, bu gün Ukrayna Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirlər zamanı Zelenski bildirib ki, ölkə öz torpaqlarından imtina etməyi planlaşdırmır.
“Biz torpağımızı işğalçılara verməyəcəyik. Demokratik ölkələr üçün təmin edilmiş təhlükəsizlik yalnız Ukrayna ilə birlikdə mümkündür”, — deyə Prezident vurğulayıb.
Fatimə Məmmədova
13:08 23.08.2025
Oxunuş sayı: 692