İspaniya F-35 yerinə Türkiyənin KAAN qırıcı təyyarəsini nəzərdən keçirir

İspaniya F-35 almaqdan imtina etdikdən sonra Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi KAAN-ı həm Hərbi Hava Qüvvələri, həm də Hərbi Dəniz Qüvvələri üçün alternativ kimi qiymətləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Türkiyenin sesi" radiosu məlumat yayıb.
Belə ki, İspaniya və Türkiyə artıq HURJET təlim-tədris təyyarəsi proqramında əməkdaşlıq edir və bu, KAAN layihəsində də əməkdaşlığın başlanğıcı ola bilər. Bu, xüsusilə FCAS proqramındakı gecikmələr və siyasi fikir ayrılıqları fonunda aktuallıq kəsb edir.
KAAN-ın əsas üstünlükləri:
Stealth dizayn və radar udan örtük;
Aselsan AESA radar, elektron mübarizə və infraqırmızı sensorlar;
Bayraktar Kızılelma da daxil olmaqla pilotsuz uçan aparatlarla əlaqə;
Müasir ekranlar və elektron idarəetmə sistemidir.
Qeyd edək ki, F-35 ilə müqayisədə KAAN daha sürətlidir (1,8 Maх vs
1,6 Maх) və daha yüksəkdə uça bilir (55 000 fut vs 50 000 fut).
Ekspertlər hesab edir ki, KAAN İspaniya üçün həm texniki, həm də strateji baxımdan perspektivli alternativdir.
Fatimə Məmmədova
12:24 23.08.2025
Oxunuş sayı: 1218