ABŞ və Ukrayna təhlükəsizlik zəmanətlərini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, tərəflər təhlükəsizlik zəmanətləri modelinin hazırlanmasını gələn həftənin sonuna qədər başa çatdırmağı planlaşdırır.
Qeyd olunur ki, modelin detalları iki işçi qrup tərəfindən işlənilir: onlardan biri siyasi-hüquqi məsələlərə, digəri isə sırf hərbi sahəyə aid məsələlərə baxır.
Zəhra Ağayeva
11:12 23.08.2025
Oxunuş sayı: 711