Fransa Makronla bağlı tənqidlərə görə İtaliya səfirini çağırdı

Fransa Xarici İşlər Nazirliyi İtaliyanın bu ölkədəki səfiri Emanuela Alessandroyu XİN-ə dəvət edib. Belə ki, buna səbəb İtaliyanın baş nazir müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvininin prezident Emmanuel Makronun Ukraynaya Avropa hərbçilərinin göndərilməsi təşəbbüsünü kəskin şəkildə tənqid etməsi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Milan səfərində çıxış edən Salvini bildirib ki, İtaliyanın Ukraynaya əsgər göndərməsi mümkün deyil:
“İtalyan əsgərləri Ukraynada? Qətiyyən yox. Əgər Makron bunu istəyirsə, qoy özü getsin – dəbilqəni taxsın, silahı götürsün və Ukraynaya yollansın”, – deyə o vurğulayıb.
Fatimə Məmmədova
10:26 23.08.2025
Oxunuş sayı: 1181