Slovakiyanın Prezidenti Trampın mövqeyinə dəstək verdi

Slovakiyanın Prezidenti Peter Pelleqrini ABŞ-nin prezidenti Donald Trampın Ukraynanın “Drujba” neft kəmərinə hücumunu tənqid etməsini alqışlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiyanın Prezidenti Peter Pelleqrini “Facebook” səhifəsində yazıb.
“Ukraynanın "Drujba" neft kəmərinə hücumu ilə bağlı Trampın sərt və mənfi mövqeyini yüksək qiymətləndirirəm. Bu enerji infrastrukturu Slovakiya xalqı və iqtisadiyyatımız üçün həyati əhəmiyyət daşıyır. Eyni zamanda, Avropa İttifaqındakı tərəfdaşlarımızdan da dəstək gözləyirəm. Ümid edirəm ki, Ukrayna hakimiyyəti bunu nəzərə alacaq və ölkəmizin iqtisadi sabitliyinə təhdid yaradan belə hücumlar onların hərbi fəaliyyətinin bir hissəsi olmayacaq”, – deyə Pelleqrini yazıb.
Xumar Emilqızı
09:59 23.08.2025
Oxunuş sayı: 1537