ABŞ-də zavodda güclü partlayış – şəhər əhalisi təxliyə olunur

ABŞ-nin Luiziana ştatında yerləşən iri istehsal müəssisəsi “Smitty's Supply”-də (yağ və sürtgü materialları istehsalı üzrə) güclü partlayışlar və yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, alov sürətlə onlarla yanacaq çəninə yayılıb və gün ərzində ardıcıl partlayışlar eşidilib. Bildirək ki, hazırda hadisə nəticəsində xəsarət alan və ya həlak olanlar barədə məlumat yoxdur. Partlayışların səbəbləri araşdırılır.
Qeyd olunub ki, hakimiyyət orqanları zavoddan təxminən 2 km aralıda yerləşən Rouzlənd şəhərinin sakinlərinə təxliyə olunmaq göstərişi verib.
Fatimə Məmmədova
09:41 23.08.2025
Oxunuş sayı: 1295