Rusiyalı politoloq Sergey Markov “xarici agent” elan edildi

Rusiyanın Ədliyyə Nazirliyi tanınmış politoloq Sergey Markovu “xarici agent” kimi tanıyıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun adı qurumun 22 avqust 2025-ci ildə açıqladığı müvafiq reyestrə daxil edilib.
Qeyd olunur ki, qərar Federal Qanunun 7-ci maddəsinə — “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət” — əsaslanır.
Xatırladaq ki, Sergey Markov daha əvvəl Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak etmişdi. Həmin səfərin ardından TASS-ın baş direktorunun müavini Mixail Qusman da vəzifəsindən azad olunmuşdu.
Markov isə reyestrə salınması ilə bağlı xəbəri şərh edərək bildirib:
“Məncə, bu, bir növ böhtandır. Çünki, ilk növbədə, mən xarici agent deyiləm. İkincisi, heç bir əlaqəm olmayıb. Ola bilsin ki, kimlərsə səhv edib. Mənə bu barədə heç nə məlum deyil”, – deyə politoloq vurğulayıb.
O, məsələ ilə bağlı hökumətin izahını gözlədiyini də əlavə edib.
Xumar Emilqızı
20:47 22.08.2025
Oxunuş sayı: 764