Rusiya Baş nazirinin müavini Overçuk Paşinyanla gərgin söhbət aparıb

Ermənistana səfər edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Baş nazir Nikol Paşinyanla xoşagəlməz söhbət aparıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva Vaşinqton bəyannaməsinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərinə, xüsusilə də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır. Bu səbəbdən Rusiya tərəfi Paşinyanı xəbərdar edib ki, Ermənistanın gömrük orqanları gömrük nəzarətini həyata keçirmədiyi təqdirdə İrəvan ciddi problemlərlə üzləşəcək.
Məqalədə vurğulanır ki, “Paşinyanın qarşısında seçim var: ya Ermənistanı Aİİ-dən çıxaracaq, ya da sanksiyalarla üzləşərək daha sonra təşkilatdan kənarlaşdırılacaq.”
Pərvin Hacıyeva
18:00 22.08.2025
Oxunuş sayı: 1181