Lavrov: Rusiya Ukrayna ilə bağlı məsələdə müəyyən dərəcədə elastiklik göstərməyə hazırdır

Moskva Ukrayna məsələsində müəyyən dərəcədə kompromisə getməyə hazırdır. ABŞ Prezidenti Donald Trampın Alyaskada Vladimir Putinlə görüşündən sonra irəli sürdüyü təkliflərin bir hissəsi Rusiya tərəfindən qəbul olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov NBC-yə müsahibəsində bildirib.
“Bəzi təkliflər üzrə biz razılaşdıq... müəyyən elastiklik göstərməyə hazırıq” – o vurğulayıb.
Nazir əlavə edib ki, ABŞ tərəfinin Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etmək cəhdlərinə baxmayaraq, hələlik belə bir sammit planlaşdırılmır: “Putin Zelenski ilə görüşməyə hazır olacaq, amma yalnız sammitin gündəliyi hazır olduqdan sonra. Hazırda isə bu gündəlik formalaşmayıb”.
Xatırladaq ki, bundan əvvəl The Washington Post mənbələrə istinadən yazmışdı ki, Moskva ümumiyyətlə Putin və Zelenskinin görüşündə maraqlı deyil, çünki belə bir görüş Rusiya tərəfindən Ukrayna siyasi rejiminin müəyyən legitimləşdirilməsi kimi qiymətləndirilə bilər.
Nihat Tahirov
17:35 22.08.2025
Oxunuş sayı: 901