Minnixanovdan Kremlə etiraz: “Miqrant uşaqlarını məktəbə buraxmamaq olmaz”

Tatarıstan rəhbəri Rüstəm Minnixanov məktəblərdə rus dilini bilməyən miqrant uşaqlarının qəbul edilməməsi ilə bağlı təklifləri kəskin şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, hər bir uşaq yeni dili qısa müddətdə mənimsəyə bilər:
“Uşağı məktəbə necə buraxmamaq olar? O, harada olmalıdır? Dil bilməməsi onun günahı deyil. 3-4 ay ərzində istənilən uşaq istənilən dili öyrənə bilər. Burada qorxulu heç nə yoxdur. Bu, sadəcə olaraq, gülüncdür. Uşaq günahkar deyil”, – deyə Minnixanov bildirib.
Xumar Emilqızı
17:50 22.08.2025
Oxunuş sayı: 1214