Cənubi Afrikada qadınların Rusiyaya işçi kimi cəlb olunması araşdırılır

Cənubi Afrika Respublikası hökuməti ölkə qadınlarının Rusiya hərbi zavodlarında işləmək üçün cəlb olunması ilə bağlı araşdırma başladıb. Rəsmi dairələr bu prosesin Ukraynaya qarşı müharibəyə dolayı yolla qadınların cəlb olunmasına səbəb ola biləcəyindən narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumatda əsas işəgötürən kimi Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonası göstərilir. Burada pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Qeyd olunur ki, kampaniyada BRİKS brendi altında fəaliyyət göstərən qurumlar iştirak edir, BRİKS-in Qadın Biznes Alyansı isə Rusiyaya işçi göndərilməsi barədə müqavilə imzalayıb.
Mənbələr bildirir ki, yaxın günlərdə Cənubi Afrika hakimiyyəti məsələ ilə bağlı rusiyalı diplomatları izahat üçün çağırmağı planlaşdırır.
Nigar Rəhimova
17:06 22.08.2025
Oxunuş sayı: 915