ABŞ-də 55 milyondan çox viza sahibi yoxlanılır

ABŞ Dövlət Departamenti 55 milyondan çox xarici ölkə vətəndaşını yoxlamağa başlayıb. Belə ki, yoxlamaya, ABŞ-yə bir neçə dəfə istifadə olunan turist vizalarının sahibləri də daxildir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vizaların ləğv edilməsinin səbəbləri arasında sənədlərin vaxtının keçməsi, cinayət törətmək və ya terror təşkilatlarına dəstək göstərmək ola bilər. Dövlət Departamenti yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının, immiqrasiya xidmətlərinin və vizanın verilməsindən sonra ortaya çıxan digər məlumatları araşdırır.Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyası vizalara nəzarəti sərtləşdirir. Sosial şəbəkələrdə ABŞ-ni tənqid edənlər də diqqətə alınacaq.
Fatimə Məmmədova
12:04 22.08.2025
Oxunuş sayı: 770