Maduro hərbi hazırlıq elan etdi – ABŞ Latın Amerikasında əməliyyata hazırlaşır

Venesuela prezidenti Nikolas Maduro Bolivarian Milli Milis qüvvələrinin səfərbər olunacağını açıqlayıb. Onun sözlərinə görə, 4,5 milyondan çox şəxsdən ibarət milis qüvvələri 23–24 avqust tarixlərində siyahıya alınacaq, eləcə də könüllülər və ehtiyatda olan hərbçilər orduya çağırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat verib.
Səfərbərliyin səbəbi isə Vaşinqtonun son açıqlamalarıdır. Belə ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Latın Amerikasında narkokartellərə qarşı hərbi əməliyyatlara hazırlaşmağı tapşırıb. Bu çərçivədə Venesueladan narkotiklərin daşınmasına qarşı tədbirlər də nəzərdə tutulub.
Qeyd edək ki, artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisi Venesuela sahillərinə göndərilib.
Fatimə Məmmədova
09:25 22.08.2025
Oxunuş sayı: 1589