Kim Çen In Kursk qəhrəmanlarını təltif etdi

Şimali Koreya lideri Kim Çen In, Kursk bölgəsini Ukrayna qüvvələrindən azad etmək əməliyyatında iştirak edən Koreya Xalq Ordusunun komandir və əsgərlərini “Xalq Respublikasının Qəhrəmanı” fəxri adı ilə təltif edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Kim Çen In döyüş bölgəsində güllə və mərmi yağışı altında göstərilən şücaət və fədakarlığı yüksək qiymətləndirərək, həmin hərbçiləri “müqayisəolunmaz qəhrəmanlar” adlandırıb.
O, həmçinin xaricdə əməliyyat aparan qoşunları “qəhrəman qoşunlar” kimi səciyyələndirib.
Pərvin Hacıyeva
09:23 22.08.2025
Oxunuş sayı: 949