Putinin Ukraynaya əsas tələbləri açıqlandı

Rusiya prezidenti Vladimir Putinin Kiyevdən əsas tələbləri bunlardır: Donbasdan imtina, NATO-ya qoşulmamaq və ölkədə Qərb qoşunlarının yerləşdirilməsinə icazə verməmək.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər Ukrayna bu şərtləri qəbul etməsə, müharibə davam edəcək.
Eyni zamanda, Moskvanın mümkün saziş çərçivəsində hazırda nəzarətində saxladığı Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin kiçik hissələrini Ukraynaya qaytarmağa hazır olduğu bildirilir.
Agentliyin məlumatına görə, Putin əvvəlki mövqeyinə nisbətən müəyyən güzəştlərə gedib. Belə ki, Kremlin əvvəlki tələbləri Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin tam şəkildə verilməsini nəzərdə tuturdu. İndi isə Moskva cəbhə xəttini Xerson və Zaporojye istiqamətlərində dayandırmağa razı ola bilər.
Xumar Emilqızı
20:40 21.08.2025
Oxunuş sayı: 1199