ABŞ dövlət katibi Türkmənistan XİN rəhbəri ilə görüşüb

ABŞ dövlət katibi Marko Rubio Türkmənistanın xarici işlər naziri Rəşid Mərədovla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə Vaşinqtonun bundan sonra da ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğu bildirilib. Rubio qeyd edib ki, əsas prioritetlər iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, C5+1 diplomatik formatı çərçivəsində regional inteqrasiyaya dəstək, eləcə də bölgədə təhlükəsizliyin möhkəmləndirilməsidir.
Qeyd edək ki, C5+1 – Mərkəzi Asiya dövlətləri ilə ABŞ arasında əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaradılmış dialoq formatıdır.
Bundan əvvəl Aşqabad ABŞ-ın türkmən vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət tətbiq etməsi qərarını tənqid edib. Eyni zamanda, Türkmənistana ABŞ biznes nümayəndə heyəti səfər edib.
Zəhra Ağayeva
20:25 21.08.2025
Oxunuş sayı: 732