Qriqoryan Şoyquya Vaşinqton görüşü barədə məlumat verib

21 avqustda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Crossmedia.az bildirir ki, Qriqoryan 8 avqustda Vaşinqtonda Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən razılaşmalar barədə məlumat verib. O, regionda bütün ölkələrin maraqlarına cavab verən sülhün təmin olunduğunu, kommunikasiya xətlərinin açılmasının və yeni iqtisadi imkanların böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Şoyqu isə öz növbəsində Rusiya və ABŞ prezidentlərinin Alyaskada keçirilən görüşünün nəticələri barədə danışıb. Tərəflər həmçinin Ermənistan-Rusiya gündəliyinə dair məsələləri müzakirə ediblər.
Mehriban Yariyeva
16:27 21.08.2025
Oxunuş sayı: 713