Çikatilonun oğlu Ukrayna ordusunda həlak oldu

SSRİ-nin ən dəhşətli manyakı sayılan Andrey Çikatilonun oğlu Yuri Çikatilo Xarkov vilayətində, Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölməsində xidmət edərkən həlak olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun xidmətdə olduğu qrup güclü atəşə tutulub və bundan sonra o, səkkiz ay ərzində itkin düşmüş hesab edilib.
Ukrayna onun ölümünü rəsmən tanıyıb və onu “İgidliyə görə” ordeni II dərəcə ilə təltif edib. Çikatilo kiçik borc və cərimələrə görə cinayət təqibindən yayınmaq məqsədilə Ukrayna Silahlı Qüvvələrinə qoşulub.
Onun atası, “sovet qatil maniyası” ilə məşhurlaşmış Andrey Çikatilo isə 53 qətl törətmiş və 1994-cü ildə edam edilmişdi.
Pərvin Hacıyeva
15:40 21.08.2025
Oxunuş sayı: 561