Zelenski: "Donbasın tam işğalı üçün Rusiyaya təxminən dörd il lazım olacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Donetsk vilayətinin tam işğalı üçün Rusiyaya təxminən dörd il lazım olacaq. Onun sözlərinə görə, genişmiqyaslı müharibənin başlanğıcından bəri Rusiya Donetsk vilayətinin yalnız təxminən üçdə birini işğal edib, Krım isə genişmiqyaslı müharibə olmadan ələ keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Zelenski əlavə edib ki, ilin sonuna qədər Donbasın tam işğal olunacağı barədə danışılanlar reallığı əks etdirmir və Rusiya ərazilərin dəyişdirilməsi, xüsusilə Kinburn yarımadası ilə bağlı təkliflər irəli sürür.
Nigar Rəhimova
14:35 21.08.2025
Oxunuş sayı: 1099