Medvedev Makronu “toyuq hininin kralı” adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronu sərt ifadələrlə tənqid edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Medvedev Makronu “beyinsiz qal toyuğu” adlandıraraq bildirib ki, Fransa lideri Ukraynaya qoşun göndərmək ideyasından əl çəkmir. Onun sözlərinə görə, Rusiya “NATO sülhməramlılarının” yerləşdirilməsi ilə bağlı heç bir “təhlükəsizlik zəmanətini” qəbul etməyəcək.
“Amma boğuq səsli, acınacaqlı quş hələ də banlamaqda davam edir ki, guya o – toyuq hininin kralıdır”, – deyə Medvedev əlavə edib.
Pərvin Hacıyeva
11:36 21.08.2025
Oxunuş sayı: 612