Merts Avropa liderlərinin görüşündə qalmaqal yaradıb

Avropa liderlərinin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimr Zelenski ilə görüşündə Almaniya kansleri Fridrix Merts qalmaqallı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, tədbir zamanı Avropa İttifaqı liderləri fikir ayrılıqlarının qarşısını almağa çalışsa da, Merts kameralara Ukraynada döyüşlərin dayandırılmasının vacibliyini bildirib.
Mertsin bu açıqlaması Rusiya prezidenti Vladimir Putinlə Zelenskinin mümkün görüşü ərəfəsində diplomatik gərginliyə səbəb ola bilərdi.
Zəhra Ağayeva
21:08 20.08.2025
Oxunuş sayı: 1052