Çinin yeni raketləri ABŞ təyyarə daşıyan gəmilərini batırmaq üçün hazırlanıb

Çin 3 sentyabr paradında 4 yeni gəmi əleyhinə raket nümayiş etdirəcək - YJ-15, YJ-17, YJ-19, YJ-20.
YJ-15: səs sürətindən bir qədər sürətli.
YJ-17 və YJ-19: Hipersəs (manevr edə bilir, qarşısını almaq çətindir)
YJ-20: aeroballistik hipersəs
Crossmedia.az xəbər verir ki, onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin müdafiəsini alt-üst etmək və daşıyıcıları təhdid etmək üçün nəzərdə tutulub.
Bu, Çinin Tayvan/Cənubi Çin dənizində A2/AD strategiyasının bir hissəsidir.
P.s A2/AD strategiyası — Anti-Access / Area Denial (girişi əngəlləmə / ərazidən məhrum etmə).
Anti-Access (A2): Rəqib qüvvələrin bölgəyə ümumiyyətlə yaxınlaşmasının qarşısını almaq.
Area Denial (AD): Rəqib yaxınlaşsa belə, həmin bölgədə sərbəst hərəkət etməsinə imkan verməmək.
Çin bu konsepsiyanı əsasən Cənubi Çin dənizi, Tayvan boğazı və Şərqi Çin dənizi ətrafında tətbiq etməyə çalışır.
19:52 20.08.2025
Oxunuş sayı: 815