Taliban bu dəfə bodibildinq yarışlarına qadağa qoydu

Əfqanıstanda Taliban hökuməti kişilərin bodibildinq yarışlarında ənənəvi şort geyinməsinə qadağa qoyaraq, onların dizə qədər örtülü geyimlərdən istifadəsini tələb edib.
Crossmedia.az xəbər verir ki, bu qərar Talibanın “Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi” tərəfindən verilib və İslam şəriətinə əsaslandırılır.
Əfqan idmançılar və məşqçilər qərara etiraz edərək, bunun həm yerli yarışlara, həm də beynəlxalq turnirlərdə iştirak imkanlarına zərbə vurduğunu bildiriblər. Taliban isə bu məhdudiyyətləri “əxlaqi tərbiyə” adlandırır.
Qeyd olunub ki, bu qadağa beynəlxalq standartlara ziddir. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası idmançıların ayaq və omba əzələlərinin görünməsini tələb edir ki, bu da ədalətli qiymətləndirmə üçün vacibdir.
18:53 20.08.2025
Oxunuş sayı: 804