İsrail hərbi kəşfiyyatının rəhbərinə aid olduğu iddia edilən səs yazıları yayımlanıb

İsrail hərbi kəşfiyyatının sabiq rəhbəri Aharon Halivaya aid olduğu iddia edilən səs yazılarını yayımlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Channel 12 telekanalı məlumat yayıb.
Məlumatlara görə, Haliva sözügedən qeydlərdə Qəzza zolağında fələstinlilər arasında kütləvi qırğınlara çağırış edib.
Səs yazısında Haliva belə deyib: “7 oktyabrda öldürülən hər bir israilliyə görə — 50 fələstinli. Bu, gələcək nəsillər üçün zəruri rəqəmdir”. O, həmçinin 1948-ci ildə fələstinlilərin kütləvi köçürülməsinə işarə edərək əlavə edib: “Onlara vaxtaşırı yeni bir Nakba lazımdır ki, qiyməti hiss etsinlər”.
Xatırladaq ki, Haliva 2024-cü ilin aprelində istefa verərək 7 oktyabr hücumuna qədərki kəşfiyyat boşluqlarına görə məsuliyyəti üzərinə götürmüşdü.
Xumar Emilqızı
16:11 20.08.2025
Oxunuş sayı: 501