Kamçatka yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub

Təxminən 205 kilometr məsafədə, Sakit okeanın Kamçatka yarımadasının şərq hissəsində zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5,4 bal gücündə olub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı yayıb. Qeyd olunub ki, zəlzələnin episentri Sakit okeanın akvatoriyasında yerləşib. Yeraltı təkanların ocağı 33 kilometr dərinlikdə olub.
Nihat Tahirov
11:11 20.08.2025
Oxunuş sayı: 763