Putin və Zelenski görüşünün avqustda baş tutması gözlənilmir

Putin və Zelenski görüşünün avqustda baş tutması gözlənilmir.
Crossmedia.az TASS- istinadən xəbər verir ki, Ukraynanın sabiq baş naziri (2010–2014) Nikolay Azarovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü avqustun sonuna qədər baş tutmayacaq.
Azarov bildirib ki, belə bir görüşün keçirilməsi ciddi hazırlıq tələb edir və hazırkı mərhələdə Rusiya rəhbərliyi Zelenskinin mövqeyini qəbul etməyəcək:
“Bir həftə ərzində mövqelərin dəyişərək hansısa razılaşmaya gəlməsi mümkündürmü – demək çətindir”, – deyə o qeyd edib.
Sabiq baş nazirin sözlərinə görə, planlaşdırılan ikitərəfli görüşə hazırlıq aparacaq danışıqlar qrupu tərəflər arasında ortaq məxrəcə gəlməli olacaq.
Nicat Rüstəmzadə
10:54 20.08.2025
Oxunuş sayı: 1420