İsrail Ordusu Qəzzaya hücum əməliyyatı planını təsdiqləyib

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə hücum əməliyyatı planını təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, plan İsrail Müdafiə Ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Eyəl Zamir və ali komandanlıq tərəfindən təqdim olunub.
Əməliyyatın adı “Gideonun arabası – 2” olacaq və bu, daha əvvəl keçirilən eyniadlı əməliyyatın davamı kimi nəzərdə tutulur.
Xəbərdə bildirilir ki, əməliyyat yaxın günlərdə – hətta bu həftə ərzində başlaya bilər. Bunun üçün 60 min ehtiyat hərbçi orduya çağırılacaq. Hazırda əsgərlərlə yanaşı sektorda 20 min nəfərdən ibarət ehtiyat qüvvə yerləşdirilib. Ehtiyatçıların çağırış vərəqələrinin göndərilməsinə artıq bu gündən – çərşənbə günü başlanılıb.
Bundan başqa, əməliyyat çərçivəsində Qəzza şəhərinin sakinlərinin təxliyəsi və onların bölgənin cənubunda müvəqqəti düşərgələrdə yerləşdirilməsi planı da təsdiqlənib. Məlumatda qeyd olunur ki, bu addımın məqsədi “HƏMAS terrorçularını tamamilə məhv edənədək onlardan təcrid etməkdir”.
Nicat Rüstəmzadə
10:33 20.08.2025
Oxunuş sayı: 804