Rusiya qoşunları İzmayıla dron hücumu həyata keçirib

Avqustun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa vilayətinin İzmayıl şəhərinə kamikadze dronlarla hücum edib.
Crossmedia.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, zərbələr nəticəsində iri yanğın baş verib, bir nəfərin yaralandığı açıqlanıb.
Odessa vilayətinin qubernatoru Oleq Kiperin sözlərinə görə, hücum nəticəsində infrastruktur obyektləri və istehsal sahələri zədələnib:
“İzmayılda infrastruktur və istehsal obyektləri dağılıb, ərazidə yanğınlar başlayıb, yanğınsöndürənlər operativ şəkildə alovun qarşısını alıblar”, – deyə o bildirib.
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb ki, hücum nəticəsində yanacaq-energetika infrastrukturunda böyük yanğın başlayıb. Hadisə yerinə 54 xilasedici, 16 texnika və “Ukrzaliznıtsya”ya məxsus yanğınsöndürən qatar cəlb olunub.
Nicat Rüstəmzadə
10:23 20.08.2025
Oxunuş sayı: 1349