Türkiyə və ABŞ XİN rəhbərləri sülh prosesi barədə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, tərəflər söhbət zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər. Danışıqlarda, həmçinin, Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı mövcud vəziyyət, Suriyada sabitliyin təmin olunması istiqamətində atılan addımlar və Qəzza zolağındakı humanitar vəziyyət diqqət mərkəzində olub.
09:17 20.08.2025
Oxunuş sayı: 884