ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyayla danışıqlara hazırlaşır

Ağ Evdən verilən məlumata görə, ABŞ Ukrayna üçün Rusiya tərəfindən qəbul edilə biləcək təhlükəsizlik zəmanətlərini müzakirə edəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Livitt açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün onun səlahiyyət müddəti bitdikdən sonra da davam etməli olduğunu anlayır. Livitt bildirib ki, “yaxşı razılaşma” üçün hər iki tərəf müəyyən qədər narazı qalmalıdır.
Mətbuat katibi əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün hazırlıqları artıq gedir. ABŞ isə Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində koordinasiyada dəstək göstərməyi və lazım gələrsə əlavə vasitələr təqdim etməyi planlaşdırır.
Bununla yanaşı, Vaşinqton təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi havadan dəstək vermək imkanını da istisna etmir. Tramp isə Ukrayna ilə bağlı növbəti görüşlərin daha bir ay sonraya saxlanılmasını istəmir.
Pərvin Hacıyeva
09:14 20.08.2025
Oxunuş sayı: 813