Putin Zelenski ilə şəxsi görüşə israr edib, Trampın iştirakını rədd edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa görüşün keçirilməsində israr edir və ABŞ-nin Prezidenti Donald Trampın danışıqlara qatılmasını qəti şəkildə rədd edib. Bu barədə Politico nəşri məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Putinin mövqeyinə baxmayaraq, Trampın komandası artıq bu məsələ üzərində işə başlayıb. ABŞ-də keçiriləcək növbəti prezident seçkiləri fonunda Trampın sülh prosesinə qoşulmaq niyyəti beynəlxalq diqqət mərkəzinə çıxıb. Politoloqlar hesab edirlər ki, bu cür təşəbbüslər Trampın seçki kampaniyasında mühüm arqument kimi istifadə oluna bilər.
Müşahidəçilərin fikrincə, Putinin Zelenski ilə yalnız ikitərəfli formatda görüş istəməsi Moskvanın Vaşinqtonun vasitəçilik rolunu qəbul etmədiyini göstərir. Bununla yanaşı, Tramp tərəfdarlarının fəallığı ABŞ-nin daxili siyasətində Ukrayna müharibəsi məsələsinin əsas müzakirə mövzularından biri olduğunu sübut edir.
Fidan Qarayeva
01:31 20.08.2025
Oxunuş sayı: 1342