Tramp: “Yeganə arzum cənnətə düşməkdir”

ABŞ-nin prezidenti Donald Tramp cənnətə düşmək arzusu barədə danışıb. O bildirib ki, əsas məqsədi axirət həyatında xilas olmaq və cənnətə qovuşmaqdır. Trampın sözlərinə görə, bu mövzuda vəziyyəti hələ ürəkaçan deyil və buna nail olmaq üçün daha çox çalışmalıdır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp çıxışı zamanı dünya sülhünün əhəmiyyətinə toxunub. O qeyd edib ki, əgər müharibələri dayandırmaq və insanların həyatını xilas etmək mümkün olsa, bəlkə də bu, onun cənnət yolunu aça bilər. Sabiq prezident vurğulayıb ki, əsas vəzifəsi insan həyatının qorunması və münaqişələrin qarşısının alınmasıdır.
Trampın bu bəyanatı ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Siyasi dairələrdə onun sözləri müxtəlif cür şərh olunur: bəziləri bunu səmimi bir etiraf kimi qiymətləndirir, digərləri isə seçkiqabağı populist mesaj kimi dəyərləndirirlər. Lakin bir məqam aydındır ki, Tramp siyasi gündəmi yenidən müzakirələrin mərkəzinə gətirməyi bacarıb.
Fidan Qarayeva
00:59 20.08.2025
Oxunuş sayı: 1422