Rusiya XİN yeni müharibə ssenarisini açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq Həyat” jurnalı Baltik dənizini “potensial hərbi əməliyyatlar teatrı” adlandırıb. Məqalənin müəllifi, Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun əməkdaşı Nikolay Mejeviç iddia edir ki, Baltikyanı və Şimali Avropa ölkələrində “boz zona” — yəni asimmetrik münaqişələrin, təbliğatın, kəşfiyyatın və psixoloji əməliyyatların əsas rol oynadığı məkan formalaşır.
Crossmedia.az bildirir ki, Mejeviç bölgədəki vəziyyəti “geridönməz” adlandırır və təhdidlər sırasında İsveçin Gotland adasının yenidən hərbiləşdirilməsini, həmçinin Estoniya və Finlandiya sərhədlərinin minalanması planlarını göstərir. Onun sözlərinə görə, Baltikanın şərq hissəsi artıq gələcək qarşıdurma zonası kimi nəzərdən keçirilir — bu isə həm “boz” münaqişələri, həm də açıq müharibəni əhatə edə bilər.
Mehriban
22:52 19.08.2025
Oxunuş sayı: 1572