Cennifer Lopezə İstanbulda Chanel mağazasına giriş icazəsi verilmədi

Dünyaca məşhur pop ulduzu Cennifer Lopezə İstanbulda Chanel mağazasına daxil olmağa icazə verilməyib — səbəb isə butikdə sıxlıq olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə onun konsertindən əvvəl, nüfuzlu Istinye Park ticarət mərkəzində baş verib. Mağazanın mühafizəçisi Lopezə içəri keçməyə icazə verməyib. Məşhur müğənni isə buna sakit şəkildə cavab verərək: “Yaxşı, problem deyil” — deyib və mağazanı tərk edib.
Daha sonra Chanel əməkdaşları onu mağazaya geri dəvət etməyə çalışsalar da, Lopez təklifi rədd edib. Bunun əvəzində o, qonşuluqdakı Celine və Beymen butiklərində təxminən üç saat vaxt keçirib və on minlərlə dollar xərcləyib.
Pərvin Hacıyeva
05:45 06.08.2025
Oxunuş sayı: 795