Kadırov sağlamlığını təsdiqləyərək xəstə olduğu şayiələrini təkzib etdi

Kadırov yenidən “xəstə olması” barədə yayılan şayiələri təkzib edib və sağlam olduğunu bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Çeçenistan rəhbərinin sözlərinə görə, o, hər gün ictimaiyyət qarşısına çıxmağa borclu deyil — “İşlər onsuz da uğurla qurulub. Görünür, insan nə qədər az görünürsə, işlər bir o qədər “uğurlu” gedir".
“Düşmənlərimiz bilsin deyə bir daha deyirəm: Mən sağalmışam. Hər gün iclas keçirməyimə ehtiyac yoxdur, çünki iş hər istiqamətdə uğurla aparılır,” — o, sosial-iqtisadi vəziyyətlə bağlı iclasda bildirib.
Pərvin Hacıyeva
04:32 06.08.2025
Oxunuş sayı: 719