Rusiya Baş Qərargahı Putinə Ukrayna cəbhəsinin iki-üç aya çökəcəyini bildirib

Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla ABŞ-ın cümə günü başa çatan ultimatumuna boyun əyməyəcək və Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam ələ keçirilməsində israr edir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Putin hesab edir ki, Rusiya qalib gəlir və ABŞ-ın yeni sanksiyalarının artıq üç ildən çox davam edən məhdudiyyətlər fonunda ölkə iqtisadiyyatına ciddi təsir edə biləcəyinə inanmır.
ABŞ Prezidenti Donald Trampla münasibətləri qoruyub saxlamaq istəyinə baxmayaraq, Rusiya lideri hərbi məqsədlərindən geri çəkilməyə hazır deyil. O, sadəcə Tramp bunu istəyir deyə, müharibəni bitirə bilməz.
Rusiya Baş Qərargahı Putinə bildirib ki, Ukrayna cəbhəsi iki-üç ay ərzində çökə bilər. Kreml yalnız bu dörd regionun tam işğalından sonra sülh razılaşması barədə danışmağa hazır olacaq.
“Əgər Putin bu dörd regionu — özünün Rusiya ərazisi hesab etdiyi əraziləri — tam işğal edə bilsə, o zaman müharibənin məqsədinə çatdığını iddia edə bilər,” — deyə “Rusiyanın Qayıdışı” adlı kitabın müəllifi Ceyms Rocers qeyd edib.
Pərvin Hacıyeva
02:32 06.08.2025
Oxunuş sayı: 654