Rutte: NATO ölkələri Ukrayna üçün ABŞ silahı almalıdır

NATO-nun baş katibi Mark Rutte alyans ölkələrini ABŞ-dan Ukrayna üçün təcili silah almağa çağırıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Rutte bildirib ki, söhbət Ukraynanın Rusiya təcavüzündən müdafiəsi üçün zəruri olan avadanlıqların təmin edilməsindən gedir:" Yardımın məqsədi — Prezident Trampın sülh təşəbbüslərinə dəstək olaraq ədalətli və dayanıqlı şəkildə müharibəyə son qoymaqdır.
Bu təşəbbüsə töhfə vermələri üçün NATO müttəfiqlərinə məktub göndərmişəm və yaxın vaxtlarda yeni, əhəmiyyətli açıqlamalar gözləyirəm”
Pərvin Hacıyeva
01:34 06.08.2025
Oxunuş sayı: 860