Qırğızıstanda 5,1 bal gücündə zəlzələ baş verib

Qırğızıstanda 5,1 bal gücündə zəlzələ baş verib
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Qırğızıstanda 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Cəlal-Abad vilayətinin Bazar-Korqan şəhərindən 30 kilometr uzaqlıqda yerləşib.
Zəlzələ paytaxt Bişkekdə də hiss olunub. Bundan əlavə, yeraltı təkanlar qonşu Özbəkistan və Qazaxıstanda da müşahidə edilib. Sosial şəbəkələrdə hadisə nəticəsində zərər görmüş binaların görüntüləri yayılıb. Hazırda dağıntıların miqyası və insan tələfatı barədə rəsmi məlumat verilməyib. Axtarış-xilasetmə xidmətləri vəziyyəti nəzarətdə saxlayır.
21:22 05.08.2025
Oxunuş sayı: 839