Pakistan Zelenskinin bəyanatını rədd etdi

İslamabad Ukrayna tərəfindən Pakistan vətəndaşlarının Ukrayna müharibəsində iştirak etməsi ilə bağlı irəli sürülən ittihamları “əsassız və heç bir sübuta dayanmayan” kimi qiymətləndirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu günə qədər Ukrayna rəsmiləri bu məsələ ilə bağlı Pakistana rəsmi müraciət etməyiblər və bu cür iddiaları təsdiq edən heç bir sübut təqdim olunmayıb”, – deyə bəyanatda vurğulanır.
Pərvin Hacıyeva
17:59 05.08.2025
Oxunuş sayı: 805