Gürcüstan Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyə hazır olduğunu bildirir

Gürcüstan Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına dəstək göstərməyə hazırdır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənbaşı şəhərində dənizə çıxışı olmayan ölkələrin konfransı çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçatryanla görüşündə xatırladıb.
“Ermənistan və Azərbaycanın sülh sazişi üzrə müzakirələrin başa çatması ilə bağlı verdikləri bəyanat bu istiqamətdə atılmış mühüm addımdır”, – deyə Kobaxidze qeyd edib.
Pərvin Hacıyeva
17:39 05.08.2025
Oxunuş sayı: 719