Hindistan Rusiyayla ticarətə görə izahat verir

Qərbin Rusiya neftinin idxalına görə Hindistana yönəltdiyi tənqidlər fonunda ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu ticarətin ölkə daxilində sabit və əlçatan qiymətləri təmin etmək zərurəti ilə əlaqədar olduğunu bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, eyni zamanda, Nyu-Dehli ABŞ və Avropa İttifaqının Rusiya ilə davam edən ticarət əlaqələrini xatırladaraq vurğulayıb:
“Əlamətdar haldır ki, Hindistanı tənqid edən həmin ölkələrin özləri də Rusiya ilə ticarət aparırlar. Bizim vəziyyətimizdən fərqli olaraq, onların bu ticarəti həyati əhəmiyyət kəsb edən milli zərurət də deyil.”
Pərvin Hacıyeva
10:58 05.08.2025
Oxunuş sayı: 963