“Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrası davam etdirilir




“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində konfarns keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Suraxanı rayonu, Heydər Əliyev mərkəzində təşkil edilən konfransda rayon icra hakimiyyətinin nümayəndləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, təhsil işçiləri, rayonun uğur qazanan gəncləri, idmançılar, tibb işçiləri iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, erkən nikahı cəmiyyətin səssiz fəryadı, qanayan yarası adalandıran Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş layihə çərçivəsində keçirilən maarifləndirci tədbirlər oyatma məqsədi daşıyır. Təşkilat sədri qeyd edib ki, cəmiyyətin indiki inkişaf mərhələsində erkən nikah faktlarının qeydə alınması ağrılı məsələdir: “Təsəvvür edin, bir tərəfədə bir qız Azərbaycanın bayrağını yüksək zirvələrə qaldırır, bir tərəfdə isə digər qız erkən yaşda ərə verilir və faciə ilə üzləşir”. L.Azərtaş qeyd edib ki, bəzi kəndlərdə orta məktəblərin 9-cu sinifində qız uşaqları çox az saydadır: “Apardığımız araşdırma göstərir ki, buna səbəb həmin qızlar ya nişanlanıb, ya da ərə verilib”. Erkən nikaha qarşı mübarizənin Azərbaycanda əsas istiqamətlərdən biri olduğunu deyən L.Azərtaş bildirib ki, cəmiyyət bu problemə qarşı birgə mübarizə aparmalıdır.
Suraxanı RİH başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Vəfa Qüdrətli isə bildirib ki, erkən nikah bir uşağın uşaqlığının əlindən alınmasıdır. Mütəxəssis qeyd edib ki, qızların özlərini tanımadan ərə verilməsi sonradan böyük problemlərlə nəticələnir: “Nikah yaşı olaraq 18 yaşın müəyyən edilməsi təsadüfi deyil. Bu o deməkdir ki, yaşı 18-dən aşağı olan qızlar ailə qurmağa hazır deyil”.
DIN-in Baş ictimai Təhlukəsizlik idarəsini yetkinlik yasina catmayanlarıa profilaktiki işin təşkili söbəsinin rəis müavini Polis polkovnik leytenanti İmran Əliyev polisin erkən nikaha qarşı apardığı mübarizədən söz açıb. O qeyd edib ki, erkən nikah faktı ilə üzləşən şəxslər həm 102 xidməti, sosial şəbəkələr, poçt xidməti, e-polis tədbiqi vasitəsilə, həmçinin 116 və 111 qaynar xətt xidmətləri üzərindən polisə məlumat verə bilərlər. İmran Əliyev həmçinin erkən nikah faktlarının yaratdığı inzibati və cinayət məsuliyyətindən söz açıb. O bildirib ki, bu hadisəyə yol verən valideynlər, tərəflər, toy üçün şərait yaradan obyekt sahibləri, həmçinin dini kəbin kəsən din xadimi məsuliyyətə cəlb olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüqiqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə qeyd edib ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq erkən nikah faktları yenə qeydə alınır. O bildirib ki, erkən nikaha məruz qalan qız sonradan məişət zoraklığı ilə üzləşir, daha sonra isə insan alverinin qurbanına çevrilir.
Cərrah, mama-ginekolq Yeganə Əliyeva diqqəti erkən yaşda ərə verilən qızların hamiləlik vaxtı və sonra üzləşdikləri problemlərə çəkib. O bildirib ki, erkən yaşda ailə quran qızların orqanizmi tam formalaşmadığından hamiləliyi normal keçirə bilmir və nəticədə erkən doğuş baş verir: “Bir çox hallarda isə ana və körpə ölümü baş verir”.
Daha sonra tədbir iştirakçıların fikir mübadiləsi ilə davam edib. Tədbirdə erkən nikaha məcbur edilən 12 yaşlı qızın müsahibəsi təqdim olunub.
16:14 25.07.2025
Oxunuş sayı: 1166